Haqqında
Ümumi məlumat
- Vikimaniya nədir?
Wikimania Vikimedia hərəkatı könüllüləri icması tərəfindən reallaşdırılan və ev sahibliyi Vikimedia Fondu – Vikianbar, MediaViki, Meta-Viki, Vikikitab, Vikiverilənlər, Vikixəbər, Vikipediya, Vikisitat, Vikimənbə, Vikinövlər, Vikiversitet, Vikisəyahət, Vikilüğət – tərəfindən edilən pulsuz bilik layihələrini qeyd edən illik konfransdır. Üç gün davam edən tərbirdə konfranslar, müzakirələr, görüşlər, təlimlər və seminarlar təşkil edilir və burada dünyanın hər yerindən yüzlərlə könüllü və azad bilik liderləri problemləri müzakirə etmək, yeni layihələr və yanaşmalar haqqında hesabat vermək və fikir mübadiləsi aparmaq üçün toplaşırlar.
- Vikimedia Fondu nədir?
Vikimedia Fondu (WMF) Vikipediya və onunla əlaqəli digər azad bilik layihələrini dəstəkləyən və idarə edən qeyri-kommersiya təşkilatıdır. Vikipediya 300-ə yaxın dildə 40 milyondan çox məqaləni əhatə edən azad məlumat mənbəyidir. Hər ay 200.000-dən çox insan Vikipediya və digər Vikimedia layihələrində redaktələr edir, hər ay 1 milyarddan çox unikal cihaz tərəfindən əldə olunan bilikləri kollektiv şəkildə yaradır və təkmilləşdirirlər. Bütün bunlar Vikipediyanı dünyada ən populyar veb-saytlardan birinə çevirir. Baş qərargahı ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən Vikimedia Fondu 501(c)(3) xeyriyyə təşkilatıdır və əsasən ianələr və qrantlar hesabına maliyyələşdirilir.
- Harada qeydiyyatdan keçməliyəm?
Qeydiyyat üçün qeydiyyat səhifəsində ətraflı məlumat əldə edə bilərsiniz.
- Hər-hansısa endirim və ya təqaüd varmı?
Zəhmət olmasa, təqaüdlər bölməsini oxuyun.
- Sualım var. Kimə müraciət etməliyəm?
Əlaqə səhifəsinə nəzər salın!