Jump to content

2023:Proqram/Tez-tez verilən suallar

From Wikimania
This page is a translated version of the page 2023:Program/FAQ and the translation is 57% complete.
Outdated translations are marked like this.


Burada proqramın təqdim edilməsi prosesi ilə bağlı tez-tez verilən sualların cavabları verilmişdir.

Əgər başqa suallarınız varsa və onlar tez-tez verilən suallar bölməsində yoxdursa, onları wikimania(_AT_)wikimedia.org elektron poçt ünvanına göndərə və ya suallarınızı kömək səhifəsinə əlavə edə bilərsiniz.

Vikimaniya 2023 nə vaxt baş tutacaq?

Sinqapurda keçiriləcək Vikimaniyanın əsas konfrans tarixləri 2023-cü il avqustun 16-dan 19-a qədər (çərşənbə–şənbə) olacaqdır.
  • 15 avqust tarixi görüşlər və koordinasiya işləri üçün nəzərdə tutulub.
  • 20 avqust Mövzulu mədəniyyət və irs günü, o cümlədən gəzintilər və ərazilərə səfərlər günüdür.
Ətraflı məlumat üçün 2023:Proqrama baxın.

Vikimaniya 2023 üçün proqram təqdimatları nə vaxt qəbul edilir?

Proqram ideyası təqdimatları 28 fevral tarixindən 28 mart 2023-cü il saat -dək (Dünyanın istənilən yerində, UTC-12-yə ekvivalent) qəbul edilir.

Bu ilin Vikimaniya mövzusu nədir?

Vikimaniya 2023-ün mövzusu Müxtəliflik. Əməkdaşlıq. Gələcək.-dir. Onun kəsişməsi və bütün proqramlaşdırma ideyalarına obyektiv kimi tətbiq edilməsi nəzərdə tutulur.
  • Müxtəliflik. Vikimaniyada ESEAP kimi regional və tematik qrupları nümayiş etdirmək imkanı olacaq: müxtəlif inkişaf mərhələlərində və müxtəlif mədəniyyətlərdən olan müxtəlif könüllü qruplar, fərdlər və bölmələr yaxından iştirak edir və ədalətli şəkildə əməkdaşlıq edirlər.
  • Əməkdaşlıq. Paylanmış, qlobal tədbir olaraq Vikimaniya bir-birindən öyrənmək və icma təşəbbüsləri, alətlərdən istifadə, tədbirlərin təşkili, idarəetmə, onlayn kampaniyalar və redaktə etmək kimi bilikləri bölüşmək, viki ilə bağlı problemlərin həlli və s. üçün vasitə olacaq.
  • Gələcək. Wikimania 2023 Vikimedia hərəkatı strategiyası–2030 (#Wikimedia2030) və texnologiyadan tutmuş bütün dünyada siyasətə qədər hərəkatımızın üzləşdiyi digər cari və gələcək prioritetləri müzakirə etmək üçün bir forum olaraq bir çox Vikimediaçılar üçün əhəmiyyətli olacaq.

Mənim möhtəşən proqram təqdim etmək fikrim var. Nələri nəzərə almalıyam?

Təqdimatınız Müxtəliflik, Əməkdaşlıq, Gələcək mövzusunnun ən azı bir komponentlərindən ibarət elementlərə malik olmalı və ideal olaraq nümayiş və ya dəyirmi masa müzakirəsi kimi interaktiv olmalıdır. Unutmayın ki, biz təkcə ən böyük layihələrdə deyil, bütün Vikimedia layihələrində baş verən böyük işləri vurğulamaq istəyirik. Biz həmçinin hərəkatın bütün bölgələrində baş verən işləri, xüsusilə də qlobal tədbirlərdə əvvəllər az təmsil olunan və ya təmsil olunmayanları vurğulamaq istərdik.

Mən öz ideyamı necə təqdim etməliyəm?

Biz təqdimatları daha sonra təşkil etmək və nəzərdən keçirmək üçün 11 proqram istiqaməti təklif etmişik. Zəhmət olmasa, sessiyanıza ən uyğun olan istiqaməti seçin. Proqram ideyasının ikinci mövzuya aid olduğunu hiss edirsinizsə, bunu təqdimetmə formasında göstərin. Proqramın yekun istiqamətləri əldə etdiyimiz və qəbul etdiyimiz təqdimatların sayından və növlərindən asılı olacaqdır. Təqdim etmək üçün təklif olunan istiqamətlər bunlardır:
  • İcma təşəbbüsləri
  • Təhsil
  • Bərabərlik, inklüzivlik və icma sağlamlığı
  • ESEAP (Şərqi, Cənub-Şərqi Asiya və Sakit Okean) Regionu
  • "GLAM", irs və mədəniyyət
  • İdarəetmə
  • Hüquqi, vəkillik və risklər
  • Açıq məlumatlar
  • Tədqiqat, elm və tibb
  • Texnologiya
  • Çılğın ideyalar
Need some help with suggested topics for the tracks? You can read a selection on this page.

Proqram ideyamı hara təqdim etməliyəm?

Bu il biz məruzəçilər, təşkilatçılar və iştirakçılar üçün ən yaxşı təcrübəni təmin etməyə yönəlmiş açıq mənbəyə prinsiplərinə əsaslanan konfrans təşkili aləti olan Pretalx-ı istifadə edəcəyik. Bənzər təkliflərin təqdim edilib-edilmədiyini görmək üçün proqramın təqdim edilməsi prosesi zamanı təqdimatlar burada dərc olunacaq ki, bu da digər Vikimediaçılarla əlaqə saxlamaq və əməkdaşlıq etmək üçün əla fürsətdir.

Nə cür proqram ideyası təqdimatları tövsiyə olunur?

Biz mümkün qədər öyrənmək üçün seminarlar və digər interaktiv sessiyaları təşviq edirik. Əgər proqram ideyanız hansısa mövzuya fokuslanan təqdimatdırsa və ya birtərəfli məlumat mübadiləsidirsə, niyə də şəxsən və ya virtual formada sərgi məkanı üçün əvvəlcədən qeydə alınmış, tələb olunan video məzmunu, qısa bir ildırım söhbəti və ya poster sessiyası təqdim etməyəsiniz? Bu il biz geniş məkanımızdan istifadə etməyi planlaşdırırıq və parlaq insanlar və ideyalarla ünsiyyətə həsr olunmuş vaxtlarla poster sessiyalarını maksimum dərəcədə artırmağa ümid edirik.
We are accepting a number of different session formats:
  • Live sessions, which can be presented onsite in Singapore, virtually, or hybrid with some participants onsite and others virtual.
  • Pre-recorded or pre-created content (videos or posters), which can be shown as part of the program, part of an exhibition, and/or housed in our on-demand collection for participants to browse and view at any time.
There is space in the form to indicate what session type you are interested in.

Builki Vikimaniya üçün hibrid sistemdən istifadə edəcəyikmi?

Bəli, biz yerində və canlı virtual proqramlaşdırma arasında tarazlıq yaratmağa can atırıq. Bundan əlavə, biz proqramımızı əvvəlcədən qeydə alınmış videolar, tələb olunan məzmun və Sinqapurda hər günün qeydləri ilə mümkün qədər tez bir zamanda təqdim etmək istərdik ki, dünyada üzərindəki başqaları özü təşkil edilən peyk tədbirlərindən də günün istənilən uyğun vaxtında zövq ala bilsinlər.

Hər bir proqram növü üçün ideal seans müddəti nə qədər olmalıdır?

Zəhmət olmasa, təklif olunan vaxtlar və müxtəlif sessiya növləri üçün aşağıya baxın. Həqiqi proqram sessiyaları fərqli ola bilər və Vikimaniya 2023-ün proqramlaşdırma alt komitəsi təqdimatınıza dəyişiklik təklif etmək üçün sizinlə əlaqə saxlaya bilər. Əgər bunlardan heç biri sizin təklifinizə tam uyğun gəlmirsə, təqdimetmə formasındakı fərdi müddət sahəsində təkliflər irəli sürə bilərsiniz.
  • İldırımsürətli söhbət: 10 dəqiqə
  • Seminar: 60 dəqiqə
  • Mühazirə: 30 dəqiqə
  • Panel müzakirəsi: 60 dəqiqə
  • Dəyirmi masa / açıq müzakirə: 90 dəqiqə
  • Poster sessiyası: 5 dəqiqə
  • Əyləncə sessiyası: 30 dəqiqə
  • Digərləri, məsələn, istəyə uyğun video (əvvəlcədən yazılmış trek), 30 dəqiqə.

Hansı dildə təqdim edə bilərəm?

Təqdimat forması ərəb, çin (ənənəvi), ingilis, fransız və ispan dillərində mövcuddur. Proqram təqdimatınız bu dillərdə, eləcə də İndoneziya (Bahasa Indonesia) dilində edilə bilər.

Birdən çox sessiya təqdim edə bilərəmmi?

Bəli! Baxılması üçün birdən çox sessiya təqdim edə bilərsiniz.

Təqdimatımı artıq göndərildikdən sonra redaktə edə bilərəmmi?

Bəli, "Pretalx" tətbiqetməsi təqdimatınızı təqdim edildikdən sonra redaktə etməyə imkan verir. Təqdimat prosesində təyin etdiyiniz daxilolma vasitəsilə təqdimatınıza daxil olmağa davam edəcəksiniz.

Həmsöhbətlərim ola bilərmi?

Bəli, "Pretalx" tətbiqetməsi sizə e-poçt ünvanlarını daxil etməklə həmsöhbətləri təyin etməyə imkan verir. Sizin həmsöhbət(lər)iniz proqramlaşdırma alt komitəsindən sonrakı ünsiyyət üçün sessiyaya qoşulmazdan əvvəl e-poçtlarına göndərilən dəvət linkləri ilə məruzəçi profili yaratmalı olacaqlar.

Bəs ideya təqdimatım qəbul olunmasa, nə edə bilərəm?

Təqdimatınız qəbul edilməzsə, istəyə görə əlçatan etmək və ya virtual poster sessiyası kimi mövzunuzu təqdim edən əvvəlcədən qeydə alınmış qısa — 1-3 dəqiqəlik qısa video yaratmaqla qısa video məzmununa töhfə vermək barədə düşünün.

Bəs mənim ideya mövzum başqalarının təqdimatlarına bənzəsə?

Əgər başqa birinin oxşar mövzu və ya müzakirə təklif etdiyini görsəniz, əməkdaşlığı və ya səyləri birləşdirməyi tövsiyə edirik. Mühazirələr panel müzakirələrində və ya seminarlarda yenidən yaradıla bilər. Təqdimatlar proses zamanı bu vikidə dərc olunacaq.

İdeyamın qəbul edilib-edilmədiyini nə vaxt biləcəyəm?

Biz təqdimatları aprel ayında nəzərdən keçirməyi və may ayında isə onları təqdim edənlərə nəticələri bildirməyə başlamağı planlaşdırırıq. Ümid edirik ki, may ayında çıxması planlaşdırılan iştirak təqaüdü müraciətlərinin açıq elanından sonra bunu bildirəcəyik. Proqramlaşdırma alt komitəsi Vikimaniya 2023 proqramını hazırlamaq üçün sizinlə əlaqə saxlayacaq.

I did not apply for travel scholarship. Will I automatically get a travel scholarship if my program submission is qualified?

If you selected Onsite in Singapore on the session format and you did not apply for a Wikimania Travel Scholarship, the organizers will presume you will travel to Singapore on your own expense and present at the conference. This is of course modifiable if you decide to present virtually instead.
Before the expected announcement in May, the Program Subcommittee and Scholarship Subcommittee will meet and sync their data. If a program submission applicant ticked the box that says I have applied for a Wikimania Travel scholarship, the Program Subcommittee will check with the Scholarship Subcommittee to see if the program submission applicant is awarded a travel scholarship. If the program submission applicant is listed as a Wikimania travel scholar, Program Subcommittee will inform the program submission applicant that they will be presenting in Singapore. If the program submission applicant was not awarded a travel scholarship, the Program Subcommittee will contact the program submission applicant to see whether a different session format, such as remote participation or video on demand, might be a better fit. A program submission applicant may also have an option to still present in Singapore under their own travel arrangement.

Vikimaniya 2023 üçün çıxışçı təlimi keçiriləcəkmi?

Bəli, çıxış edənlər üçün təlim olacaq və biz onları cədvəl haqqında məlumatlandıracağıq.

Bu mövzu üçün vikidə daha çox resurs tapa bilərəmmi?

Siz bu vikidə digər resurslar və təlimatları tapa bilərsiniz.


Mənim daha çox sualım var və onlar bu tez-tez verilən suallar bölməsində yoxdur.

Əgər başqa suallarınız varsa və onlar tez-tez verilən suallar bölməsində yoxdursa, proqramın alt komitəsinə wikimania(_AT_)wikimedia.org ünvanı vasitəsilə e-poçt göndərə və ya suallarınızı yardım səhifəsinə əlavə edə bilərsiniz.