2023:Təqaüdlər

From Wikimania
This page is a translated version of the page 2023:Scholarships and the translation is 88% complete.




Bu səhifədə Vikimedia Fondu (WMF) təqaüdləri haqqındadır. Başqa birlik və təşkilatlar da təqaüd təklif edə bilər.

Vikimania 2023 bir çox fəaliyyətin yeni vasitələrlə təqdim edilmə yolunu təmin edəcək. Təqaüd prosesi bu yeni düşüncənin bir hissəsidir. 2023-cü il üçün Təşkilat Komitəsi müxtəlif formada təqaüdlər təklif edəcək:

  1. Sinqapura səyahət: Həm tam, həm də yarım təqaüdlər. 2020-ci ildən əvvəl baş verdiyi kimi, bəzi məhdudiyyətlər və şərtlər var.
    1. Tam təqaüdlər səyahət, yataq və qeydiyyatı təmin edəcək.
    2. Qismən təqaüdlər yaşayış və qeydiyyatı təmin edəcək.
  2. Peyk tədbirləri: layihə qrupları maliyyə üçün Vikimedia Fondunun qrant prosesi vasitəsilə müraciət edir. Təşkilat komitəsi ərizələri və Vikimaniaya canlı bağlantılar üçün texniki ehtiyacları dəstəkləyə bilər.

Bütün tam və qismən təqaüd alanların tədbir zamanı könüllü tapşırıqları yerinə yetirmək imkanı olacaq, çünki könüllü təqaüdlər Vikimedia Fondunun Səyahət Sığortası siyasəti ilə təmin ediləcəkdir. Könüllülük 2 saatlıq Sərgi masasında olmaq, "etherpad" qeydləri, çıxış edənlərlə onlayn suallar paylaşmaq və ya sessiya videolarını Vikianbara yükləməkdən ibarət ola bilər. İki və ya daha çox saat könüllülük yazılı hesabat tələb etməmək üçün kifayət hesab olunacaq və Vikimania zamanı təqaüd komandası tərəfindən yoxlanılacaq.

Mühüm tarixlər

WMF Təqaüd Proqramının xronologiyası aşağıdakı kimidir:

Səyahət təqaüdü üçün müraciətlər

  •  Hazırdır: Müraciətlərin açılması: Cümə axşamı, 12 yanvar 2023.
  •  Hazırdır: Təqaüd müraciətləri üçün son tarix: Bazar, 5 fevral 2023 saat: .
  •  Hazırdır: 1-ci mərhələ Vikimedia Fondunun Güvən və Təhlükəsizlik Komitəsi tərəfindən tərəfindən uyğunluğun qiymətləndirilməsi fevral ayının ortalarında olacaqdır. Nəticələr barədə bildiriş verilməyəcək.
  •  Hazırdır: 2-ci mərhələ — Təqaüd Komitəsi tərəfindən dərin qiymətləndirilmə: mart ayı
  •  Hazırdır: Uğurlu namizədlərə təkliflərin göndərilməsi: 21 aprel – may ayı
  •  Hazırdır: Müraciət edənlərə yekun qərarlar barədə məlumat verilməsi: may ayının sonu
  •  Hazırdır: Təqaüd əldə edənlərin tam siyahısının "Wikimania Wiki"-də yayımlanması: iyun ayı

Müraciət tələbləri, qiymətləndirmə və müraciət etmək haqqında ətraflı məlumat üçün bax: 2023:Təqaüdlər/Səyahət təqaüdü müraciətləri

Peyk tədbirləri

Peyk tədbirləri Ümumi Dəstək Fondunun (GSF) bir hissəsi kimi planlaşdırıla və maliyyələşdirilə bilər.

Peyk tədbirləri əvvəlcə Ümumi Dəstək Fondu (ÜDF) təklifinə daxil edilməsə belə, Vikimedia bölmələri peyk tədbirinin keçirilməsi üçün Vikimedia Fondunun Ümumi Dəstək Fondu vasitəsilə artıq əldə edilmiş vəsaitdən istifadə edə bilər. Ümumi Dəstək Fondunun qrant alanları ehtiyac olduqda öz büdcələri çərçivəsində vəsait köçürmək imkanına malikdirlər və Ümumi Dəstək Fondunun müqaviləsinə əsasən fond yalnız bu fərq ilkin təklifdən 20%-dən çox olarsa, proqram işçilərinə məlumat verilməsini xahiş edir. Biz peyk tədbirinə ev sahibliyi etməkdə maraqlı olan bütün bölmələri öz tədbir təfərrüatlarını peyk tədbirləri alt səhifəsində qeyd etməyə dəvət edirik ki, filiallar öz aralarında koordinasiya edə, Vikimediaçılar arasında əməkdaşlıq və əlaqəni təşviq edə və tədbirlərini daha yaxşı təbliğ etsinlər.

  • Tədbirlərin siyahısı iyulun 5-dək tamamlanmalıdır.
  • Vikimaniyada canlı yayım etmək istəyən tərəfdaşlar tədbirin təfərrüatlarını əldə edən kimi wikimania(_AT_)wikimedia.org saytındakı Əsas təşkilat komitəsinin Proqramlaşdırma alt komitəsi ilə əlaqə saxlamalıdırlar.
  • Təşkilat komitəsi Vikimaniyada canlı yayım etmək istəyən qruplara texniki dəstək göstərəcək.

Fikir müzakirələri üçün müzakirə səhifəsindən istifadə edin.

Sualınız var?

Vikimedia Fondunun Təqaüd Proqramı haqqında ətraflı məlumat üçün tez-tez verilən suallar (FAQ) səhifəsinə daxil olun.

Hər hansı sualınız varsa, zəhmət olmasa, wikimania-scholarships@wikimedia.org ünvanına mesaj göndərin və ya 2023 talk:Scholarships səhifəsinə yazın.